“Şahdağ Qusar” heyətinə yeni legioner cəlb edib

5 Fevral 2026 14:40
99
“Şahdağ Qusar” heyətinə yeni legioner cəlb edib

Azərbaycan Birinci Liqasında çıxış edən “Şahdağ Qusar” klubu heyətinə daha bir legioner futbolçu qatıb.

İdman.Biz xəbər verir ki, bu barədə ”Şahdağ Qusar” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, Fildişi Sahilindən olan Alassane Kulibali ilə müqavilə imzalanıb.

24 yaşlı hücumçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, A.Kulibali son olaraq ölkəsinin “AFAD-Pleteau” klubunda çıxış edib.

İdman.Biz