“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb. "Qırmızı-qaralar" Cənubi Afrika Respublikasının (CAR) “Stellenboş” klubunda çıxış edən cinah müdafiəçisi Turan Manafovu transfer edib.
Qeyd edək ki, 27 yaşlı futbolçu cari mövsümün sonuna qədər icarə əsasında “Qəbələ”nin uğurları üçün çalışacaq.
