“Kəpəz”dən ayrılan futbolçu: “Bu formanı geyinmək mənim üçün şərəf idi” - FOTO

Xəbərlər
24 Yanvar 2026 13:40
62
“Kəpəz”dən ayrılan futbolçu: “Bu formanı geyinmək mənim üçün şərəf idi” - FOTO

“Kəpəz”lə vidalaşmaq və bu klubdakı səhifəni bağlamağın vaxtı çatdı”.

İdman.biz xəbər verir ki, bu sözləri “Kəpəz”lə yollarını ayıran futbolçu Pedro Qomeş şəxsi “Instagram” hesabındakı paylaşımda qeyd edib.

Futbolçu “sarı-göylər”lə vidalaşaraq Gəncə şəhərində keçirdiyi müddətə görə komanda yoldaşlarına, məşqçi heyətinə və azarkeşlərə təşəkkür edib:

“Gəncə şəhərində bu anları mənimlə bölüşən bütün komanda yoldaşlarıma, məşqçi heyətinə və azarkeşlərə təşəkkür etmək istəyirəm. Bu mövsüm “Kəpəz”in rənglərini qorumaq və bu formanı geyinmək mənim üçün böyük şərəf idi. Gələcəkdə hər kəsə ən yaxşısını arzulayıram”.



Qeyd edək ki, mövsümün əvvəlində “Kəpəz”ə transfer olunan Pedro Qomeşin müqaviləsinə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib.

İdman.Biz