“Zirə”nin yeni transferi Rüfət Abdullazadə klubun düşərgəsindədir.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, 24 yaşlı vinger artıq bir neçə gündür ki, komanda ilə məşqlərdə iştirak edir.
“Qartallar” yanvarın 6-da Azərbaycan millisinin oyunçusunu heyətinə cəlb etsə də, R.Abdullazadə qış təlim-məşq toplanışına qatılmayıb. O, şəxsi səbəblərdən hazırlıq prosesini buraxıb.
Qeyd edək ki, Rüfət Abdullazadə sonradan transfer edilmək hüququ ilə cari mövsümün sonunadək Xorvatiyanın “Varajdin” klubundan icarəyə götürülüb. “Zirə” bu gün Misli Premyer Liqasının 17-ci turunda “Neftçi”nin qonağı olacaq.
