“Ayntraxtla” oyun bizim üçün önəmlidir”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Pedro Bikalyo UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
Braziliyalı oyunçu yaxşı toplanış keçdiklərini bildirib:
"Rəqib ciddi komandadır. Çempionlar Liqası böyük turnirdir. Qalib gəlsək, nələrin olacağını bilirik. Karyeram üçün önəmli görüşlərdən birinə çıxacağam".
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
