UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Almaniyanın “Ayntraxt” komandaları arasında keçiriləcək yeddinci tur oyununun hakim təyinatları açıqlanıb.
İdman.Biz xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Sandro Şererə Stefan De Almeyda və Conas Erni kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yohannes fon Mandaks yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da Lukas Fendrix olacaq.
Qeyd edək ki, görüş yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
12:06
UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt Frankfurt” (Almaniya) oyunu öncəsi mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Bildirilib ki, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı yanvarın 20-də saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Həmin gün saat 18:00-da isə Azersun Arenada media nümayəndələri üçün açıq məşq təşkil olunacaq. Açıq məşqin yalnız ilk 15 dəqiqəsi jurnalistlərin iştirakı ilə izlənilə biləcək.
Qonaq komanda “Ayntraxt Frankfurt”un mətbuat konfransı və açıq məşqi isə Almaniyada baş tutacaq.
Media mənsubları akkreditasiyalarını yanvarın 20-də saat 10:00-dan 16:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat otağından əldə edə bilərlər.
Xatırladaq ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Ayntraxt Frankfurt” qarşılaşması saat 21:45-də başlayacaq.
