“Qarabağ”ın sabiq futbolçusundan “Ayntraxt” oyunu ilə bağlı ŞƏRH

Xəbərlər
19 Yanvar 2026 12:33
53
“Qarabağ”ın sabiq futbolçusundan “Ayntraxt” oyunu ilə bağlı ŞƏRH

“Rəqibdə baş məşqçi istefaya göndərildi. Komanda son vaxtlar yaxşı günlərini yaşamır”.

Bu sözləri “Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov deyib.

37 yaşlı keçmiş yarımmüdafiəçi UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda keçiriləcək “Qarabağ” - “Ayntraxt” matçı ilə bağlı fikirlərini bölüşüb.

“Qarabağ” bu il yalnız yoxlama oyunları keçirib. Rəsmi qarşılaşmaya çıxmayıb. Bu isə Frankfurt təmsilçisi üçün üstünlükdür. “Ayntraxt”ın baş məşqçisinin göndərilməsi də onlar üçün üstünlükdar. Yeni gələn mütəxəssis daha aqressiv, istəkli olacaq. Komanda özünü göstərməyə çalışacaq” , - deyə o, sport24.az-a açıqlamasında deyib.

Ə.İsmayılov Bakıdakı görüşün çətin keçəcəyini vurğulayıb:

“Amma bu oyun çox vacibdir. İnanıran ki, “Qarabağ” istədiyi nəticəni əldə edəcək. Komanda təlim-məşq toplanışını da yaxşı başa vurub. Layiqli qələbə qazanacaqlarına inanıram. Hamımız onlara dəstək oluruq. Futbolçular da bunun son şans olduğunu bilirlər. Mütləq qələbə qazanmaq lazımdır. Bundan sonra “Liverpul” səfəri olacaq. Mütləq qalib gəlməliyik ki, pley-off üçün şansımız qalsın”.

Qeyd edək ki, qarşılaşma yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.Biz