Paytaxt təmsilçisi “Şəfa”da gözlənilməz kadr dəyişikliyi baş verib.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, klubun sponsorlarının qərarı ilə Əfran İsmayılov idarəçilikdən uzaqlaşdırılıb.
O, son iki ilə yaxın müddətdə “Şəfa”da prezident Sərdar Sərdərzadənin müşaviri vəzifəsində çalışırdı. Qəbul olunan qərardan sonra Ə.İsmayılovun klubla hər hansı rəsmi bağlılığı qalmayıb.
Məlumata görə, Əfran İsmayılov klub daxilində geniş səlahiyyətlərə malik idi və faktiki olaraq əsas qərarverici fiqurlardan biri sayılırdı. Bu səbəbdən onun vəzifədən kənarlaşdırılması futbol ictimaiyyətində müəyyən təəccüb doğurub. Qərarın arxasında ciddi səbəblərin dayandığı ehtimal olunur.
Qeyd edək ki, Elgiz Kərəmlinin çalışdırdığı “Şəfa” Birinci Liqada uğurlu mövsüm keçirir. Debütant olduğu çempionatın 12 turundan sonra 30 xal toplayan komanda turnir cədvəlinin birinci pilləsində qərarlaşıb və ən yaxın izləyicisi “Baku Sportinq”i 5 xal qabaqlayır.
