“Səbail” Peşəkar Futbol Klubu dövrələrarası fasilədə heyətinə daha bir oyunçu əlavə edib.
İdman.Biz xəbər verir ki, bu barədə “Səbail” Peşəkar Futbol klubu məlumat yayıb.
Bildirilib ki, “Difai”də çıxış etmiş yarımmüdafiəçi Roman Hüseynovla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “Səbail” qış fasiləsinə 22 xalla turnir cədvəlinin üçüncü pilləsində yollanıb.
