“Neftçi”nin legioneri: “Çox təmizdir, ... ağlı başdan çıxarır”

Müsahibə
21 Dekabr 2023 11:52
174
“Neftçi”nin legioneri: “Çox təmizdir, ... ağlı başdan çıxarır”

“Bakı top-nağıldır, çox təmizdir, yeməkləri ağlı başdan çıxarır”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin rusiyalı legioneri Reziuan Mirzov yerli mətbuata Bakı barədə təəssüratlarını bölüşərkən deyib.

30 yaşlı hücumameyilli sol cinah yarımmüdafiəçisi bildirib ki, “Neftçi”yə transferindən sonra Bakı ilə tanışlıq zamanı çox təəccüblənib. Onun sözlərinə görə, paytaxtda demək olar ki, həmişə 20 dərəcə isti olur: “Biz hələ də şortda məşq edirik. Bura çox sərindir. Moskvada isə daha soyuqdur. Bu yaxınlarda MOİK ilə “Rostov” matçında (2:0) futbolçuların necə “qartopu” oynadıqlarını gördüm”.

Qeyd edək ki, Mirzov 2023-cü ilin sentyabrının əvvəlində “ağ-qaralar”la müqavilə imzalayıb. O, Azərbaycan çempionatında 10 oyun keçirib, 1 məhsuldar ötürmə edib. Reziuan bundan əvvəl Rusiya Premyer Liqasında "Ximki" və Moskva "Spartak"ında çıxış edib.

İdman.biz