Xankəndidə tarixi oyunu “Qarabağ” qazanıb - VİDEO - FOTO

Xəbərlər
21 Dekabr 2023 16:02
1 092
Xankəndidə tarixi oyunu “Qarabağ” qazanıb - VİDEO - FOTO

Azərbaycan kubokunda 1/8 final mərhələsinin son oyun günü tarixi hadisə ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, müstəqillik illərində ilk dəfə rəsmi oyunu Xankəndi şəhər stadionu qəbul edib.

Tarixi matçda “Qarabağ” Mərkəzi Ordu İdman Klubu (MOİK) ilə üz-üzə gəlib. Oyunu Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadiondan izləyiblər. Ölkə başçısının topa rəmzi toxunuşundan sonra görüş başlayıb.

Matçın ilk hissəsində hər 2 komanda təhlükəli vəziyyətlər yaratsa da, fərqlənə bilməyiblər. Buna ya futbolçuların qeyri-dəqiqliyi, ya da qapıçıların düzgün oyunu səbəb olub.

İkinci 45 dəqiqədə də qarşılıqlı hücumlar şəraitində keçib. Avropa Liqasında pley-offa yüksələn və Premyer Liqada lider olan “Qarabağ” əlavə olunmuş dəqiqələrdə qələbə qolunu vurub. I Liqa təmsilçisinin qapısından qolu Nəriman Axundzadə keçirib. O, 90+3-cü dəqiqədə fərqlənib.

Beləliklə, Qurban Qurbanovun komandası tarixi matçda 1:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. “Qarabağ” yarımfinala gedən yolda “Sabah”la qarşılaşacaq.

Azərbaycan kuboku
1/8 final
21 dekabr (cümə axşamı)
14:00. “Qarabağ” – MOİK - 1:0
Qol:
Nəriman Axundzadə, 90+3
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudlu
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə (k), 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 19. Redon Cica
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 11. Adama Diakabi, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
MOİK: 1. Zeynal Əhmədzadə, 17. Sabir Allahquliyev, 6. İsa Zeynallı (k), 3. Nicat Əskərov, 4. Ülvi İbazadə, 97. Fərid Abbaslı, 77. Elmir Rəhimzadə, 8. Ramil Orucov, 10. Xəyal Bədirov, 20. Nurlan Bayramov, 11. Elvin Valiiev
Ehtiyat oyunçular: 35. Məhəmməd Qurbanov, 12. Ayxan Qocayev, 44. Samir İbrahimov, 26. Elşən Veysov, 9. Cavidan Abbaszadə, 33. Raul Musayev, 66. Elçin Bayramov, 27. Nihad Ağayev, 38. Həsrət Mürsəlov, 30. Murad Musayev
Baş məşqçi: Qəzənfər Abbasov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Xankəndi şəhər stadionu

Qeyd edək ki, axırıncı dəfə 1993-cu ilin mayında “Qarabağ” Ağdamın “İmarət” stadionunda “Turan”la (Tovuz) oynayıb və qələbə qazanıb.

İdman.biz