“Kəpəz” heyətinə gürcüstanlı futbolçu qatıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Kəpəz” Peşəkar Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, Mate Abuladze ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi mövsümün ilk yarısında ölkəsinin “Samqurali” komandasının formasını geyinib.
