Mirzov “Neftçi”ni seçməsinin səbəbini açıqlayıb

Xəbərlər
21 Dekabr 2023 09:24
333
Mirzov “Neftçi”ni seçməsinin səbəbini açıqlayıb

Rusiyalı futbolçu Reziuan Mirzov “Neftçi”yə gəlməsinin səbəbini açıqlayıb.

İdman.biz xəbər verir ki, o, Azərbaycan klubundan daha sərfəli təklif aldığı üçün Bakı klubunu seçib.

“Mövsümün sonunda Rusiyadan getməyi qarşıya məqsəd qoydum. 30 yaşım var və müqaviləm bitmişdi. İndi deyil, bəs nə vaxt? Kipr, Yunanıstan, Səudiyyə Ərəbistanından təkliflər var idi. Telefonum susmurdu. Yaxşı variantlı müqavilə əlimdə idi və “Neftçi”yə getmək qərarı verdim”, – deyə Mirzov Rusiya mətbuatına açıqlamasında bildirib.

Təcrübəli yarımmüdafiçi "Neftçi"nin heyətində 10 oyunda 1 ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Reziuan yayda sərbəst agent kimi “Neftçi”yə qoşulub. Mirzov "ağ-qaralar"la bir illik müqavilə imzalayıb.

İdman.biz

Məqalədə: