“Araz-Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Xəbərlər
13 Yanvar 2026 14:11
50
“Araz-Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

“Araz-Naxçıvan” komandası mövsümün ikinci yarısında heyətinə futbolçu qatmağı düşünmür”.

Bu barədə Naxçıvan təmsilçisinin icraçı direktoru Eldəniz Yusubov məlumat verib.

Klub rəsmisi hələlik transfer etmək istəmədiklərini bildirib.

“Hazırda danışıq apardığımız futbolçu yoxdur. Mövsümün ikinci yarısına əlimizdə olan heyətlə hazırlaşırıq”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Qeyd edək ki, “Araz-Naxçıvan” mövsümün birinci hissəsində 26 xal toplayaraq turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Komanda hazırlıq çərçivəsində yanvarın 14-də “Qəbələ” ilə yoxlama görüşündə üz-üzə gələcək. Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.

İdman.Biz