Azərbaycan Kuboku: 1/4 finalın ilk oyunları müəyyənləşdi

Xəbərlər
7 Yanvar 2026 13:02
61
Azərbaycan Kuboku: 1/4 finalın ilk oyunları müəyyənləşdi

Futbol üzrə Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

“Sumqayıt” - “Zirə” və “Sabah” - “Qəbələ” matçları fevralın 4-ü baş tutacaq, “Şamaxı” - “Qarabağ” və “Turan Tovuz” - “Kəpəz” görüşləri isə fevralın 5-də keçiriləcək.

Bizon Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
4 fevral
17:00. “Sumqayıt” - “Zirə”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:30. “Sabah” - ”Qəbələ”
“Bank Respublika Arena”

5 fevral
14:30. “Şamaxı” - ”Qarabağ”

Şamaxı şəhər stadionu

19:00. “Turan Tovuz” - ”Kəpəz”
Tovuz şəhər stadionu

İdman.Biz