“Sabah” Neqoş Kupusoviçlə yolları ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Sabah” Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, serbiyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Neqoş 2024-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 29 oyun keçirib.
