“Şamaxı”nın müdafiəçisi Rüfət Abbasova ölkə xaricindən təkliflər gəlməkdə davam edir.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, daha bir ölkə təmsilçisi Azərbaycan millisinin debütantının xidmətində maraqlıdır.
Belə ki, 21 yaşlı müdafiəçinin Yunanıstanda çıxış etmək variantı yaranıb. Bir müddət əvvəl Norveçin “Sarpsborq” klubuna keçidi baş tutmayan cinah oyunçusunun cari mövsümdəki performansı skautların diqqətindən yayınmır.
Gənc yaşda A millidə debüt etməyi bacaran Abbasov yunanların diqqət mərkəzinə düşüb. Klubun adını öyrənə bilməsək də, onun Yunanıstan Superliqasında çıxış etdiyi dəqiqdir. Həmin komandanın skautları bir müddətdir Abbasovun çıxışını izləyir. Futbolçunun adı transfer siyahısında yer alsa da, onun mövsümün sonunda azad agent kimi heyətə cəlb olunması da istisna deyil.
Qeyd edək ki, Rüfət Abbasovun “Şamaxı” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.
