"Maraqlı oyun izlədik. Qapılara qol vurulmasa da, hər iki komanda mübarizə apardı”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində "Zirə" ilə keçirilən oyundan sonra "Araz-Naxçıvan"ın baş məşqçi Azər Bağırov deyib.
Gənc mütəxəssis 0:0 yekunlaşan qarşılaşmada qol epizodlarına toxunub. O, çatışmayan cəhətləri müəyyən etdiklərini bildirib: “Epizodlarımız oldu, yararlana bilmədik. Yolumuza davam edəcəyik. Nələrin üzərində işləməli olduğumuzu bilirik. Qış fasiləsində heyəti gücləndirmək istəyirik. Vəziyyətə baxacağıq. Xüsusilə də yerli oyunçularla bağlı axtarışımız olacaq. Ancaq heç kim yaxşı oyunçusunu başqa komandaya vermək istəməz. Buna görə işimiz çətin olacaq".
Qeyd edək ki, “Araz-Naxçıvan” ardıcıl 5-ci dəfə meydanı qələbə qazanmadan tərk edib. Komanda bu görüşlərdə 3 dəfə heç-heçə oynayıb, 2 dəfə uduzub.
İdman.biz