Rövlan Muradov mövsümün sonu "Sumqayıt"ı tərk edəcək.
İdman.biz “Sportinfo”ya istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi buradakı durumundan məmnun deyil.
Bu da səbəbsiz deyil. 27 yaşlı futbolçu qış fasiləsindən sonra daha çox ehtiyatda qalır. "7 nömrə"yə bir neçə klubdan real təkliflər var.
Muradov isə heç bir halda Sumqayıt təmsilçisində qalmaqda maraqlı deyil.
Qeyd edəkki, "Qəbələ"nin yetirməsi 2023-cü ildən "Sumqayıt"ın şərəfini qoruyur. Cinah müdafiəçisi bu müddətdə meydana çıxdığı 68 oyunda 6 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
İdman.biz