Şeydayevin komandası uğursuz seriyaya son qoyub

Xəbərlər
9 Dekabr 2023 18:34
611
Şeydayevin komandası uğursuz seriyaya son qoyub

Azərbaycanlı futbolçu Ramil Şeydayev Tailand çempionatında 3 xal qazanıb.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Buriram” qələbəsiz oyunlar seriyasına son qoyub.

Ramil komandası ardıcıl 5 heç-heçədən sonra meydanı qalib tərk edib. “Buriram” dogma azarkeşlər qarşısında “Naxon Pathom” klubunu 4:1 hesabı ilə məğlub edib. Matçın son dəqiqələrində əvəzlənən Ramil komandasının vurduğu qollarda iştirak etməyib.

Qeyd edək ki, “Buriram” 11 oyundan sonra 21 xalla 3-cü pillədə qərarlaşıb. Şeydayevin klubu liderdən 8 xal geri qalır.

İdman.biz