“Qarabağ” “San Mames”də məşq edib - FOTO/VİDEO

Xəbərlər
22 Oktyabr 2025 00:40
41
“Qarabağ” “San Mames”də məşq edib - FOTO/VİDEO

Ağdamın “Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının ümumi mərhələsinin üçüncü turu çərçivəsində səfərdə “Atletik Bilbao” ilə qarşılaşacaq.

İdman.Biz bildirir ki, “Atletik” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Ağdam klubu sabah keçiriləcək vacib qarşılaşma öncəsi oyunun keçiriləcəyi “San Mames” stadionunda məşqə çıxıb.

“Qarabağ” Çempionlar Liqasının ümumi mərhələsində 2 oyundan 6 xal toplayıb. Ağdamlılar səfərdə “Benfika”nı 3:2, Bakıda isə “Kopenhagen”i 2:0 məğlub ediblər.

“Atletik” isə bu turnirdə keçirdiyi iki oyunda da məğlub olub. İlk oyunda öz meydançasında “Arsenal”a 0:2 məğlub olan Bilbao klubu ikinci matçda səfərdə “Borussiya Dortmund”a uduzub – 1:4.

İdman.Biz