Vəli Qasımov İDMAN.BİZ üçün “Atletik” – “Qarabağ” oyununa proqnoz verdi

Xəbərlər
21 Oktyabr 2025 23:17
43
Vəli Qasımov İDMAN.BİZ üçün “Atletik” – “Qarabağ” oyununa proqnoz verdi

Çempionlar Liqasının əsas mərhələsinin “Atletik” - “Qarabağ” oyunu yaxınlaşdıqca, müxtəlif proqnozlar verilir.

İdman.Biz bu məsələ ilə bağlı Azərbaycanın futbol tarixinin ən yaxşı hücumçularından biri, İspaniya çempionatında uzun müddət çıxış etmiş, hazırda “Şamaxı” Futbol Akademiyasının koordinatoru vəzifəsində çalışan Vəli Qasımovun fikrini öyrənib.

“Mən dəfələrlə “Atletik”ə qarşı oynamışam, o cümlədən onların Bilbaodakı “San Mames” stadionunda. Səhv etmirəmsə, hazırda 50 000-dən çox tamaşaçı tutur. Bildiyimə görə, bütün biletlər artıq satılıb. Əgər o stadion dolacaqsa “Qarabağ” üçün belə atmosferdə oynamaq həddindən çətin olacaq. Bəli, əlbəttə, istərdim ki, “Qarabağ” ardıcıl üçüncü oyununda da qalib gəlsin. Amma düşünürəm ki, ən azından 2:2 hesablı məhsuldar heç-heçə olacaq”, - Vəli Qasımov qeyd edib.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

İdman.Biz