Qurban Qurbanov: “Sabahkı matçda futbolçular meydanda çox hərəkət etməli olacaqlar”

Xəbərlər
21 Oktyabr 2025 21:06
52
Qurban Qurbanov: “Sabahkı matçda futbolçular meydanda çox hərəkət etməli olacaqlar”

“Bizim üçün çox vacib oyundur. Yaxşı kollektivə qarşı mübarizə aparacağıq”.

İdman.Biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Atletik"ə (Bilbao, İspaniya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

“Rəqib komanda çox təcrübəli baş məşqçiyə sahibdir. “Atletik” özünəxas oyun üslubu olan bir klubdur. Həm müdafiədə, həm də hücumda aqressiv oyun nümayiş etdirə bilirlər. Bizim də Avrokuboklarda təcrübəmiz ildən-ilə artmaqdadır. Rəqib komanda bu görüşdə qalib gəlmək istəyir. Sabahkı matçda futbolçular meydanda çox hərəkət etməli olacaqlar. Meydanda möhkəm olmağa çalışacağıq. “Atletik”"in oyun tempinə davam gətirmək istəyirik”, - baş məşqçi bildirib.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

İdman.Biz