“Üstünlük bəlkə də rəqib tərəfdədir. Həm öz meydanlarında oynayırlar, həm də bu matça çox ciddi hazırlaşacaqlar. 2 turdan sonra xalları yoxdur.”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqası Liqa mərhələsinin 3-cü turu çərçivəsində “Atletik”lə oyun üçün Bilbaoya getməmişdən deyib.
"Atletik" - "Qarabağ" qarşılaşması oktyabrın 22-də Bilbaoda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
“Bu komandaya qarşı sona kimi dözməyə çalışacağıq. Rəqibin son matçlarına baxmışam. Oyunlarında dinamika yüksək olur, sürətli hücumlara çıxırlar. “Atletik” rəqib cərimə meydançasına topla ən tez gedən komandalardan biridir. Həm bizim üçün, həm də rəqib üçüb vacib qarşılaşmadır. Müsbət nəticə ilə dönmək üçün ən yaxşısını etməyə çalışacağıq”, - Qurbanov bildirib.