“Qarabağ” İspaniyaya yola düşdü - FOTO

Xəbərlər
20 Oktyabr 2025 18:35
57
“Qarabağ” İspaniyaya yola düşdü - FOTO

UEFA Çempionlar Liqasının ümumi mərhələsində Bilbaoda “Atletik”lə görüşəcək “Qarabağ” klubu İspaniyaya yola düşüb.

İdman.Biz bildirir ki, Klubun mətbuat xidməti Heydər Əliyev adına Beynəlxalq Hava limanından komanda üzvlərinin şəkillərini paylaşıb.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də 20.45-də başlayacaq.

UEFA Çempionlar Liqasında iki oyundan sonra “Qarabağ”ın 6 xalı var. Ağdamlılar səfərdə “Benfika”ya (3:2) və Bakıda “Kopenhagen”ə (2:0) qalib gəliblər.

“Atletik” isə hər iki oyunda uduzub və xalı yoxdur.

Klub ilk oyunda səfərdə “Arsenal”a 0:2, daha sonra öz meydançasında “Borussiya Dortmund”da 1:4 hesabı ilə məğlubiyyətə uğrayıb.

İdman.Biz