Türkiyə millisinin keçmiş hücumçusu Nihat Kahveci “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı çıxışını dəyərləndirib.
İdman.biz bildirir ki, Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində “Qarabağ”ın “Kopenhagen”i 2:0 hesabı ilə məğlub edib.
Kahveçi bu barədə “Haber Global”a danışıb.
“Qalatasaray”la yanaşı “Qarabağ’ın qələbəsinə də sevinirəm. “Kopenhagen” üzərində inamlı qalibiyyət, meydanda üstünlük, dirəyə dəyən zərbə… İki turdan sonra 6 xal və Avropa futbolunun nəhəngləri ilə turnir cədvəlində qonşuluq. Qardaşlarımıza bravo! Bu inanılmaz başlanğıcdır.
Pley-off mərhələsinə çıxmaq üçün yaxşı şansları var. Belə büdcə ilə Çempionlar Liqasına belə başlamaq tarixi bir hadisədir. Bu uğurlar asan əldə edilmir”, – Kahveci deyib.