Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Yakob Neestrup: “Qarabağ” qələbəyə layiq idi” - VİDEO - İdman və Biz

Yakob Neestrup: “Qarabağ” qələbəyə layiq idi” - VİDEO

Xəbərlər
1 Oktyabr 2025 23:37
175
Yakob Neestrup: “Qarabağ” qələbəyə layiq idi” - VİDEO

“Qarabağ” “Kopenhagen”lə oyunda qələbəyə layiq idi”.

İdman.biz-in məlumatına görə, bunu Danimarkanın “Kopenhagen” komandasının baş məşqçisi Yakob Neestrup mətbuat konfransında deyib.

Mütəxəssis Bakıda “Qarabağ”a uduzduqları (0:2) UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Rəqibin güclü olduğunu bilirdik. Birinci hissədə onlar mükəmməl oynadılar. İkinci yarıda çox dəyişiklik etdik. Aktiv oyun sərgilədik. İmkanları dəyərləndirə bilmədik. “Qarabağ” qələbəyə layiq idi. “Qarabağ” təcrübəli kollektivdir. Mükəmməl oyunçuları var. Baş məşqçiləri Qurban Qurbanovu da xüsusi qeyd etməliyəm”.

İdman.Biz