Yüngül atletika üzrə 8-qat Olimpiya və 11-qat dünya çempionu yamaykalı Useyn Bolt dünya rekordlarının tezliklə qırılma ehtimalını qiymətləndirib.
İdman.biz bildirir ki, karyerası ərzində Bolt 8 dəfə dünya rekordunu yeniləyib.
"Düşünürəm ki, istedad var və gələcəkdə gələnlər böyük işlər görəcəklər, lakin hazırda dünya rekordumu qıra biləcəklərini düşünmürəm", - o, deyib.
Bolt ardıcıl üç Olimpiadada (Pekin 2008, London 2012 və Rio-de-Janeyro 2016) 100 və 200 metr məsafələrə qaçış yarışlarında qalib gələn yeganə idmançıdır. O, hazırda 100 m (9,58 san) və 200 m (19,19 san), həmçinin Yamayka komandasının tərkibində 4x100 m estafetdə dünya rekordlarına sahibdir - 36,84 san.
İdman.biz