“Bakı Marafonu 2025” start götürüb.
İdman.biz xəbər verir ki, start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 km-lik məsafəni əhatə edir.
Marafon iştirakçıları qaçış zolağında kişi və qadın kateqoriyalarında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Bununla yanaşı, finişə çatan ilk iştirakçıya medal, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə isə sertifikatlar təqdim olunacaq.
“Küləyə qalib gəl” şüarı ilə keçirilən yarış üçün 28 minədək iştirakçı qeydiyyatdan keçib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-ci ildən təşkil olunan marafon idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
Aytac Sahəd
İdman.biz