İki atletimiz Avropa çempionatında medal qazanıb

Xəbərlər
25 İyun 2025 00:16
62
İki atletimiz Avropa çempionatında medal qazanıb

Sloveniyanın Maribor şəhərində keçirilən Avropa komandalar arası çempionatının ilk günü yekunlaşıb.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan yığmasının üzvləri öz qüvvələrini sınayıblar.

Onlardan iki yüksək nəticəyə imza atıb. Əlhəm Nağıyev 100 m məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsində yer alıb. O, 10.42 saniyəlik nəticə göstərib.

Lamiyə Vəliyeva isə eyni kateqoriyada ikinci yerlə kifayətlənib. Onun nəticəsi 11.62 saniyə olub.

İlahə Quliyeva çempionatda 400 m məsafəyə qaçışda U-20 yaş kateqoriyası üzrə milli rekordu müəyyələşdirib. Atletimiz 55.35 saniyəlik nəticə ilə 4-cü yeri tutub.

Azərbaycan yığması üzvlərinin göstərdiyi nəticələr:

Əlhəm Nağıyev - 100 m - 1-ci yer - 10.42
Lamiyə Vəliyeva - 100 m - 2-ci yer - 11.62
İlahə Quliyeva - 400 m - 4-cü yer - 55.35 (U20 yeni Azərbaycan rekordu)
Cabir Əliyev - uzunluğa tullanma - 4-cü yer - 7.42
Aleksey Əliəkbərov, Əmrah Nağıyev, Novruz Əsədli, Elcan Cəfərli - 4x100 m estafet qaçışl - 4-cü yer - 41.82
Ləman İsfəndiyarova - 400 m s/q - 6-cı yer-1:13.74
İsmail Əliyev - nüvə itələmə - 6-cı yer - 17.09
Anna Yusupova - 800 m - 6-cı yer - 2:15.33
Bəxtiyar Əsgərli - 1500 m - 7-ci yer - 3:59.68
Yekaterina Sariyeva - uzunluğa tullanma - 7-ci yer - 5.59
İradə Əliyeva - nizə atma - 7-ci yer - 35.32
Zəhra Bayramova - şüvüllə tullanma - 8-ci yer-2.00
Səkinə Hacızadə - lövhə atma - 8-ci yer - 34.20
Cavid Məmmədov - 400 m s/q - 10-cu yer - 56.63
Novruz Əsədli - 400 m - 11-ci yer - 50.42
Tofiq Məmmədov - çəkic atma - 11-ci yer - 24.85
Ləman İsfəndiyarova - 3000 m maneələrlə qaçış - 12-ci yer - 16:03.68
Əmrah Nağıyev - 5000 m - 13-cü yer - 16:48.21

İdman.biz