Yeniyetmələr arasında atletika üzrə Bakı şəhər yay birinciliyi keçiriləcək.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti açıqlayıb.
Yarış federasiya tərəfindən təşkil olunacaq. Birincilikdə 2010-2011-ci il təvəllüdlü idmançılar mübarizə aparacaqlar.
Qeyd edək ki, mayın 2-də start götürəcək yarış iki gün davam edəcək.
İdman.biz