Millimiz qış Balkan çempionatında

Xəbərlər
4 Fevral 2024 10:08
152
Millimiz qış Balkan çempionatında

Serbiyanın paytaxtı Belqradda atletika üzrə qış Balkan çempionatı start götürüb.

İdman.biz xəbər verir ki, 20 yaşadək idmançılar arasında təşkil olunan yarışa Azərbaycan milli komandası da qatılıb.

Yığmanın məşqçisi Valentin Buliçevin rəhbərliyi altında İlahə Quliyeva (400 m, qaçış, Murad Babazadə (60 m, qaçış), Mehri Nadirova və Hüseyn Abbasov (hər ikisi uzunluğa tullanma) start xəttinə çıxacaq.

Qeyd edək ki, çempionatda 16 ölkədən 200-dən çox idmançı mübarizə aparır.

İdman.biz