Paytaxtda gənc atletlərin mübarizəsi başlayır

11 Fevral 2026 14:45
81
Paytaxtda gənc atletlərin mübarizəsi başlayır

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə qapalı məkanda atletika üzrə 2011-2012-ci il təvəllüdlü idmançılar arasında ölkə birinciliyi keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarış fevralın 13-14-də Bakı Atletika Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, çempionatın rəsmi açılış mərasimi fevralın 13-də keçiriləcək.

İdman.Biz