Sumqayıtda yeni qaçış klubu fəaliyyətə başladı - VİDEO

Xəbərlər
8 Yanvar 2026 17:33
84
Sumqayıtda yeni qaçış klubu fəaliyyətə başladı - VİDEO

Sumqayıtda sağlam həyat tərzini seçənlər üçün sevindirici yenilik var. Şəhərdə yeni qaçış klubu fəaliyyətə başlayıb. İndiyədək tək-tənha qaçan idmansevərlər artıq öz həmmaraqlıları ilə bir araya gələrək birlikdə qaça biləcəklər.

İdman.Biz sumqayit24.az-a istinadən xəbər verir ki, qaçışlar hazırda həftənin ikinci, dördüncü və altıncı günləri saat 20:30-da təşkil olunur.

Klub üzvləri üçün bu görüşlər həm idman, həm motivasiya, həm də yeni tanışlıqlar deməkdir.

Qeyd edək ki, gələcək planlarda altıncı gün qaçışın yerinə müxtəlif idman oyunlarının təşkili də nəzərdə tutulur. Proqramda edilən bütün yeniliklər və dəyişikliklər barədə məlumatlar “runclub.sumqayit” “İnstagram” səhifəsi və “WhatsApp” qrupu vasitəsilə iştirakçılara çatdırılacaq.

Sağlam həyat tərzi sürmək, enerjini paylaşmaq və Sumqayıtda aktiv icmanın bir parçası olmaq istəyən hər kəs kluba qoşula bilər.

İdman.Biz
Məqalədə: