Azərbaycan kamandan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər - FOTO

Xəbərlər
7 Dekabr 2025 17:20
67
Azərbaycan kamandan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər - FOTO

Azərbaycan kamandan oxatanları Rusiyanın Çita şəhərində keçirilən "Vladimir Eşeeyev mükafatı" üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər.

İdman.Biz xəbər verir ki, təmsilçilərimizdən Fatimə Hüseynli, Nilufər Ağaməmmədli və Lalə Əbdürəhmanova yüksək nəticə göstəriblər.

Onlar 15 ölkənin iştirak etdiyi yarışda güclü rəqiblərlə mübarizədə fərqlənərək üçüncü yerə sahib olublar.

Qeyd edək ki, yarış dekabrın 4-dən 7-dək keçirilib.

İdman.Biz

Məqalədə: