Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb - FOTO

10 Fevral 2026 16:27
120
Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb - FOTO

Fevralın 16-21-i aralığında Bolqarıstanın Plovdiv şəhərində qapalı məkanda keçiriləcək Avropa çempionatında iştirak edəcək kamandan oxatma üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Kamandan Oxatma Federasiyası məlumat yayıb.

​Turnirdə ölkəni Yaylagül Ramazanova, Fatimə Hüseynli, Məhəmmədəli Əliyev, Lalə Əbdürəhmanova, Nilufər Ağaməmmədli, Lalə İsmayılova, Yağmur Qurbanlı, Sərdar Vəliyev, Nurlan Rəhimli və Hüseyn Məhərrəmov təmsil edəcəklər.

İdmançılar fərdi, komanda və qarışıq növlərdə mübarizə aparacaq.

İdman.Biz