Kamandan oxatma üzrə “Zəfər turniri”nə yekun vurulub - FOTO

Xəbərlər
15 Noyabr 2025 23:41
65
Kamandan oxatma üzrə “Zəfər turniri”nə yekun vurulub - FOTO

Azərbaycan İdman Akademiyasının Stadionunda təşkil olunan və Tarixi Qələbəmizin 5 illiyinə həsr edilən kamandan oxatma üzrə “Zəfər turniri”nin final mərhələsi yekunlaşıb.

İdman.Biz bildirir ki, gərgin və rəqabətli mübarizə şəraitində keçən yarışda gənc idmançılar yüksək nəticələr göstəriblər.

Qızlar arasında nəticələr:
1-ci yer: Ağaməmmədli Nilufər
2-ci yer: Bədəlli Sümeyyə
3-cü yer: Butrik Kseniya

Oğlanlar arasında nəticələr:
1-ci yer: Vəliyev Sərdar
2-ci yer: Rəhimli Nurlan
3-cü yer: İsmayılov İslam

Yarışın qaliblərinə mükafatlar Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov, Gənclər və İdman Nazirliyinin Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva, Türkiyə Kamandan Oxatma Federasiyasının beynəlxalq dərəcəli hakimi Alper Güler tərəfindən təqdim edilib.

Turnir ölkəmizdə kamandan oxatma idman növünün inkişafına töhfə verməklə yanaşı, gənc idmançıların yarış təcrübəsinin artırılması, onların beynəlxalq arenaya hazırlanması və rəmzi olaraq milli ruhun gücləndirilməsi məqsədi daşıyırdı.

Baş katib Fərid Xəlilov bildirib ki, turnirin əhatəsi hər il genişlənəcək və bu kamandan oxatma idmanının ölkəmizdə sürətlə inkişaf etdiyini təsdiqləyir.

İdman.Biz