Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, mundialda bu gün Azərbaycan millisinin daha 4 yunan-Roma güləşçisi xalçaya çıxıb.
Onlar ən yaxşı halda 1/4 finalda uduzduqları üçün bürünc medal şansları qalıb. Bunun üçün isə rəqibləri finala vəsiqə qazanmalıdır.
U-20 dünya çempionatı
Yunan-Roma güləşi
6️3️ kq
Tural Əhmədov hindistanlı Qaurav Qaurava ilk xal prinsipinə əsasən (1:1) qalib gəlib. Amma eyni qaydada 1/4 finalda qazaxıstanlı Damir İbraşova (1:1) məğlub olub.
7️7️ kq
Davud Məmmədov təsnifat mərhələsində ermənistanlı Samvel Terteryana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.
8️7️ kq
Orxan Hacıyev moldovalı Kristian Rusuya tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/8 finalda rusiyalı Abduraxman Abdulkadirova (UWW) "tuş"la uduzub.
1️3️0️ kq
Məzaim Mərdanov polşalı Mateuş Biençakla (tuş) ermənistanlı David Baqramyanı (8:0) vaxtından əvvəl mübarizədən kənarlaşdırıb. Ancaq 1/4 finalda türkiyəli Cemal Bakıra 3:4 hesabıyla məğlub olub.
Qeyd edək ki, Seymur Qasımov (72 kq) təsəlliverici görüşdə qazaxıstanlı Yussuf Aşrapova "tuş"la uduzub.
İdman.biz