Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.
İdman.biz xəbər verir ki, ilin son reytinq yarışında sərbəst güləşçilərin çıxışına yekun vurulub.
Yığmamızın 3 idmançısı medal əldə edib. Arseniy Djioyev qızıl, Maqomed-Başir Xaniyev gümüş Abubakr Abakarov bürünc qazanıb.
Reytinq turniri
Sərbəst güləş
74 kq
Turan Bayramov 1/8 finalda amerikalı Deyvid Kara 3:5 hesabı ilə məğlub olaraq, yarışla erkən vidalaşıb.
Bu çəkidəki digər təmsilçimiz Maqomed-Başir Xaniyev qazaxıstanlı Alibek Abdikassimov xalçaya çıxmadığı üçün birbaşa 1/4 finala yüksəlib. O, qazaxıstanlı Yeldos Kuanişbayla (13:2) bəhreynli Maqomedrasul Asluyevə (4:2) qalib gələrək finala vəsiqə qazanıbb adladı. Xaniyev finalda yaponiyalı Kоtа Takahaşiylə güləşib. 0:4 hesabı ilə uduzan Xaniyev gümüşlə kifayətlənib.
86 kq
Arseniy Djioyev gürcüstanlı Tornike Samxaradze zədələndiyi üçün 1/4 finaldan mübarizəyə qoşulub. Təmsilçimiz slovakiyalı Boris Makoyev (3:0) və türkiyəli Osman Göçeni (10:0) məğlub edərək, finala yüksəlib. Arseniy həlledivi görüşdə belaruslu Maqomedxabib Kadimaqomedovla (UWW) qarşılaşıb. Güləşçimiz rəqib xalçaya çıxmadığı üçün qızıl medala sahib olub.
92 kq
Osman Nurmaqomedov bəhreynli Maqomed Şaripova 6:1 hesabı ilə qalib gəlsə də, 1/4 finalda son Avropa çempionu, yunanıstanlı Dauren Kuruqliyevə 1:5 hesabıyla məğlub olub.
Onunla eyni çəkidə çıxış edən Abubakr Abakarov təsnifat mərhələsində amerikalı Trent Hidleyə 2:7 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Abakarov macarıstanlı Kristiyan Anqyala tam üstünlüklə (11:0) qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Abubakr üçüncü yer uğrunda yunanıstanlı Dauren Kuruqliyevlə üz-üzə gələcək. İdmançımızın rəqibi Avropa çempionu və Olimpiadanın bürünc mükafatçısı xalçaya çıxmadığı üçün bürüncə sahib olub.
Qeyd edək ki, yarışın ilk günündə isi sərbəst güləşçimiz gümüş qazanıb.
İdman.biz