Günay Qurbanova Avropa çempionu olub - FOTO

Xəbərlər
3 İyul 2025 21:15
59
Günay Qurbanova Avropa çempionu olub - FOTO

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı qadın güləşində ilk medalçılar müəyyənləşib.

İdman.biz xəbər verir ki, təmsilçimiz uğurlu çıxış edərək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Günay Qurbanova qızıl medal qazanıb.

Avropa çempionatı
Qadın güləşi
59 kq

Günay Qurbanova finalda türkiyəli Sevim Akbaşla güləşib. 9:1 hesabı ilə güclü olan təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

İdman.biz