Abdurrahman Avropa çempionu olub, Əli gümüş qazanıb - YENİLƏNİB/FOTO

Xəbərlər
11 İyun 2025 20:55
68
Abdurrahman Avropa çempionu olub, Əli gümüş qazanıb - YENİLƏNİB/FOTO

Şimali Makedoniyanın paytaxtı Skopyedə U-17 Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, qitə birinciliyinin 3-cü yarış günündə yunan-Roma güləşi üzrə son qaliblər bəlli olub.

Azərbaycan yığmasının üç güləşçisi medallar uğrunda mübarizə aparıb. Onlardan ikisi fəxri kürsüdə yer alıb.

U17 Avropa çempionatı
Yunan-Roma güləşi
4️5️ kq

Abdurrahman Hüseynli finalda Saba Abaşidze (Gürcüstan) ilə qarşılaşıb. Güləşçimiz 9:0 hesabı ilə qalib gələrək, qızıl medala sahib çıxıb.

5️1️ kq
Yarmfinalda uduzan Elşad Abbasov bürünc medal uğrunda güləşib. Onun rəqibi macarıstanlı Keve Kovaçla üz-üzə gəlib. Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

6️0️ kq
Əli Nəzərov həlledici görüşdə Hayk Manukyanla (Ermənistan) yarışıb. Finalda 3:11 hesabı ilə uduzan güləşçimiz gümüşlə kifayətlənib.

Qeyd edək ki, yarışın ilk günündə Rihad İbrahimli qızıl, Qurban Məcnunov (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) isə bürünc medala sahib çıxıblar.

İdman.biz