Güləşçilərimiz Laquna çimərliyində - Avropa çempionatı

Xəbərlər
27 May 2025 13:49
42
Güləşçilərimiz Laquna çimərliyində - Avropa çempionatı

Sabah Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə yeniyetmə (U-15, U-17) və gənclər (U-20) arasında Avropa çempionatına start veriləcək.

İdman.biz xəbər verir ki, iki gün davam edəcək yarışın ilk günündə yeniyetmələr, ikinci günündə isə gənclər arasında qaliblər müəyyənləşəcək.

Qitə birinciliyində ölkəmiz U-17 yaş qrupunda təmsil olunacaq. Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Rəşid Nazarov (60 kq), Ayxan Quliyev, Ruslan Vəliyev (hər ikisi 70 kq) və Nihad Süleymanlı (80 kq) uğur qazanmağa çalışacaq.

Laquna çimərliyində keçiriləcək yarış Bakı vaxtı ilə 12:00-də başlayacaq. Gündüz seansında qrup mərhələsinin görüşləri keçiriləcək. 19:00-dan etibarən isə medallar uğrunda qarşılaşmalar baş tutacaq.

Avropa çempionatında I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.

İdman.biz