“Bəzi güləşçilərimiz ilk dəfə beynəlxalq turnirdə iştirak edirdilər”.
Bunu İdman.biz-ə sərbəst güləş üzrə Azərbaycanın U-20 milli komandasının böyük məşqçisi Arif Abdullayev deyib.
Təcrübəli mütəxəssis İranın Behşehr şəhərində keçirilən “Necad Haşimi kuboku”nda yığmamızın çıxışını dəyərləndirib. O bildirib ki, yarışda bir-iki güləşçimiz zədələnib: “Bu turnirə 20 idmançı ilə qatılmışdıq. Yarışda 11 ölkənin idmançıları iştirak edirdi. Turnirdə 5 medal qazandıq və komanda hesabında 100 xalla 3-cü yerə çıxdıq. Ümumilikdə isə bizim üçün yaxşı təcrübə idi. Əlbəttə ki, daha da yaxşı çıxış edə bilərdik, buna baxmayaraq, qazanılan nəticəni qənaətbəxş hesab etmək olar”.
Qeyd edək ki, Azərbaycanın millisinin heyətində Anar Cəfərli (92 kq), Yusif Dursunov (125 kq) və Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq), Nurlan Ağazadə (70 kq) isə bürünc medal qazanıb.
Aytac Sahəd
İdman.biz