Dünya çempionatı: Ruslan Nurullayev bürünc medal qazanıb

Xəbərlər
28 Oktyabr 2023 21:22
129
Dünya çempionatı: Ruslan Nurullayev bürünc medal qazanıb

Albaniyanın paytaxtı Tiranda güləş üzrə U-23 dünya çempionatında bu gün medal görüşləri keçirilib.

İdman.biz xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının 3 üzvü mükafat uğrunda xalçaya çıxıblar.

Onlar 3-cü yer uğrunda güləşiblər.

U-23 dünya çempionatı
Yunan-Roma güləşi

67 kq
Həsən Məmmədli bürünc medal uğrunda Muslim İmadayevlə (AİN) üz-üzə gəlib. Güləşçimiz 10:12 hesabı ilə məğlub olaraq, dünya çempionatını 5-ci pillədə başa vurub.

72 kq
Ruslan Nurullayev təsəlliverici görüşdə macarıstanlı Kristofer Klanyiyə 2:1 hesabıyla qalib gəlib. 3-cü yer uğrunda onun rəqibi Mixael Portman (İsveçrə) olub. Ruslan rəqibini qalib gələrək, mundialın bürünc medalını qazanıb.

82 kq
Elcan Məmmədov təsəlliverici görüşdə ermənistanlı Karen Xaçatryana 1:3 hesabıyla məğlub olub.

97 kq
Murad Əhmədiyev təsəlliverici görüşdə hindistanlı Niteş Niteşə "tuş"la qalib gəlib. İdmançımız bürünc medal uğrunda Yuri Nakazato ilə qarşılaşacaq.

İdman.biz