Eldəniz Əzizli dünya reytinqində birincidir

Xəbərlər
20 Oktyabr 2023 10:50
699
Eldəniz Əzizli dünya reytinqində birincidir

Dünya Güləş Birliyi (UWW) yeni reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, Asiya Oyunlarının yekununa əsasən yunan-Roma güləşçilərinin cədvəlində Azərbaycanın 5 güləşçisi liderlər qrupunda yer alıb.

3 qat dünya çempionumuz Eldəniz Əzizli 55 kq-da mövqeyini qoruyub. O, yeni siyahıda da başçılıq edir.

Belqradda keçirilən dünya çempionatında ikinci dəfə qızıl medal qazanan Rafiq Hüseynov (82 kq) cədvəldə ikinci yerdədir. Mundialın finalçılarından Murad Məmmədovla (63 kq) Həsrət Cəfərov (67 kq) da öz çəki dərəcələrində eyni pillədə qərarlaşıblar.

Dünya çempionatının digər gümüş medalçısı Sənan Süleymanov (77 kq) isə reytinqdə 4-cüdür.

İdman.biz