Dünya Seriyasının final mərhələsində Azərbaycan 3 güləşçi ilə təmsil olunacaq

Xəbərlər
13 Oktyabr 2023 18:00
154
Dünya Seriyasının final mərhələsində Azərbaycan 3 güləşçi ilə təmsil olunacaq

Oktyabrın 15-də Türkiyədə çimərlik güləşi üzrə mövsümə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, Muğla bölgəsinin Sarıgerme qəsəbəsində Dünya Seriyasının final mərhələsi keçiriləcək.

Bu yarış bitdikdən sonra seriyanın il ərzində baş tutan 5 mərhələsində toplanan xallar hesablanacaq və hər çəkidə ümumilikdə ən çox xal yığan güləşçi dünya çempionu olacaq.

Məsul yarışda ölkəmizi Ramiz Həsənov (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcək.

Oktyabrın 14-də qrup mərhələsinin ilk 2 turunun görüşləri keçiriləcək. Ertəsi gün isə əvvəlcə qrup mərhələsinin son turunun qarşılaşmaları, daha sonra 1/4 final və yarımfinal baş tutacaq. Günün sonunda isə medallar uğrunda qarşılaşmalar keçiriləcək.

İdman.biz