Azərbaycanın güləş tarixində yeni rekord müəyyənləşib.
İdman.biz xəbər verir ki, buna yunan-Roma güləşçisi Eldəniz Əzizli imza atıb.
Üçqat dünya çempionu Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatına növbəti dəfə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Eldəniz 55 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək 4-cü dəfə qızıl medala sahib olub.
Qeyd edək ki, Əzizli 2018-ci, 2022-ci və 2023-cü illərdə keçirilmiş mundiallarda qalib adına yiyələnib.
İdman.biz