Dünya çempionatı: Ruzanna və Nərgizin bürünc medal şansı

Xəbərlər
4 Sentyabr 2024 19:32
925
Dünya çempionatı: Ruzanna və Nərgizin bürünc medal şansı

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatının 3-cü günündə qadın güləşçilər mübarizəyə başlayıb.

İdman.biz xəbər verir ki, 3 çəkidə pəhləvanlar həlledici görüşə vəsiqə qazanmaq uğrunda xalça üzərinə çıxıblar.

Azərbaycan millisinin 3 güləşçisi 1/8 finalda mübarizəyə başlayıb.

U-20 dünya çempionatı
Yunan-Roma güləş
5️0 kq

Aysel Məmmədzadənin rəqibi Fatma Kızmaz (Türkiyə) olub. 0:6 hesabı ilə uduzan güləşçimiz mundialda mübarizəni yekunlaşdırıb.

55 kq
Nərgiz Səmədova ilk olaraq çinli Lixuan Çendən güclü olub. Dramatik keçən görüşdə Səmədova 18:13 hesabı ilə qalib gəlib. Nərgiz 1/4 finalda monqolustanlı Kalium Byambasurenə 2:6 hesabı ilə uduzub. Onun rəqibi finala vəsiqə qazandığından, güləşçimiz bürünc uğrunda təsəlliverici görüşə qatılacaq.

59 kq
Ruzanna Məmmədova ilk görüşdə polşalı Nikola Vasilevskayanı 4:2 hesabı ilə üstələyib. Məmmədova 1/4 finalda çinli Yifan Zhunu (4:0) üstələyib. Ruzannanın yarımfinalda rəqibi Sakura Onişi (Yaponiya) olub. Görüş asiyalı güləşçinin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunur. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

İdman.biz

Məqalədə: