Dünya Güləş Birliyindən Hacı Əliyevlə bağlı PAYLAŞIM - FOTO

Xəbərlər
30 Avqust 2024 19:46
6 213
Dünya Güləş Birliyindən Hacı Əliyevlə bağlı PAYLAŞIM - FOTO

Dünya Güləş Birliyi (UWW) azərbaycanlı sərbəst güləşçisi Hacı Əliyevlə bağlı paylaşım edib.

İdman.biz xəbər verir ki, beynəlxalq qurum 3 qat dünya çempionunun karyerasını bitirməsinə biganə qalmayıb.

Bildirilib ki, Hacıya uğurlu karyeraya görə təşəkkür edilib: "Hacı, əla karyeraya imza atmısan. Xoş xatirələrə görə təşəkkür".

Qeyd edək ki, Hacı karyerası ərzində Olimpiya Oyunlarında gümüş və bürünc medallarını qazanıb, 3 dəfə dünya, 4 dəfə Avropa çempionatının qalibi olub.

İdman.biz