Rusiya 10, Belarus 6 güləşçi ilə Paris-2024-də

Xəbərlər
17 İyun 2024 14:16
400
Rusiya 10, Belarus 6 güləşçi ilə Paris-2024-də

Beynəlxalq Olimpiya Komitəsi Paris-2024 Yay Olimpiya Oyunlarında neytral statusda iştirak edəcək güləşçilərin sayını açıqlayıb.

İdman.biz xəbər verir ki, seçmə mərhələni uğurlu keçən 16 idmançı təsdiq edilib.

Neytal statusda (AİN) iştirak edən Rusiya yığmasının 16, Belarusun isə 10 güləşçisi Paris-2024-ə lisenziya qazanıb. Amma onların hamısı Oyunlarda iştirak etməyəcək. Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin Nizamnaməsinə uyğun aparılan müzakirələrdən sonra Rusiyanın 10, Belarusun isə 6 pəhləvanı Olimpiadada çıxış etmək hüququ əldə edib.

Rusiya
Sərbast güləş

Naçin Monquş, Şamil Məmmədov, Arslan Baqayev, Abdulla Kurbanov
Yunan-Roma güləşi
Alan Ostayev, Maqomed Murtazaliyev
Qadın güləşi
Natalya Malışeva, Veronika Çumikova, Alina Kasabyeva, Yelizaveta Petlyakova

Belarus
Sərbəst güləş

Yahor Akuliç, Uladzislau Kazlou
Yunan-Roma güləşi
Ababakar Xaslaxanau, Dmitri Zarubski
Qadın güləşi
Viyaleta Rebikava, Kristsina Sazikina

İdman.biz